Ramazan ayından sonra bunlara DİQQƏT EDİN - Mütəxəssisdən XƏBƏRDARLIQ!

Ramazan ayından sonra bunlara DİQQƏT EDİN - Mütəxəssisdən XƏBƏRDARLIQ!

Ramazan ayı bitəndən sonra qidalanmanı tədricən artırmaq lazımdır.

 

Sfera.az bildirir ki, bunu türkiyəli qidalanma üzrə mütəxəssis Ecenur Özkul deyib. O qeyd edib ki, Ramazan bitəndən sonra insanlar dərhal ağır qida istehlak etməməlidirlər:

 

“Xüsusilə 30 gün müddətində insanlar imsak üçün oyanır, ona görə də bu, vərdiş halına çevrilir və fərdlər yəqin ki, növbəti 10 gün ərzində həmin saatlarda aclıq hissi yaşaya bilərlər. Bu vəziyyətdə mümkün qədər yataqdan qalxmazdan əvvəl bir stəkan su içmək və yenidən yatmaq daha yaxşı olardı. Əslində bu istək zamanla azalır. Ona görə də tədricən qidalanma proqramına keçməliyik”.

 

Mütəxəssis su qəbulunun həm Ramazan, həm də digər aylarda vacib faktor olduğunu vurğulayıb:

 

“Təəssüf ki, bədən heç vaxt susuzluğa alışa bilmir. Su bədəndəki toksinləri ən intensiv şəkildə xaric edən elementdir, ona görə də nə qədər az su içsəniz, bədəninizdə bir o qədər çox toksin toplanır. Ona görə də mümkün qədər çox su içməliyik. Bədənimizin nə qədər mayeyə ehtiyacı olduğunu isə özümüz müəyyənləşdirə bilərik. Belə ki, sidiyin rəngini yoxlamaq lazımdır. Sidik rəngi şəffaf, ağa yaxın olmalıdır. Rəng çox sarıya çevrilirsə, deməli, bədənimiz böyük susuzluq içindədir. Gündə ən az 8-10 stəkan su içməyi məsləhət görürük”.

 

E.Özkul bildirib ki, Ramazan ayında şəxslərin çəki alıb-almamasından asılı olmayaraq, maddələr mübadiləsi zəifləyir:

 

“Arıqlayan insanlar, maddələr mübadiləsi yavaşladığı üçün iştahlarını itirirlər. Kökələnlər bu iştahsızlığı yaşamırlar, lakin maddələr mübadiləsi zəiflədiyi üçün yenə də kökəlirlər. Hər iki halda köhnə qidalanma tərzinə qayıtmaq çəki artımına səbəb olacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR