Polis piyadanı vurdu

Polis piyadanı vurdu
 
Bakının Nərimanov rayonunda polis əməkdaşının idarə etdiyi avtomobil yolu keçən piyadanı vurub.

Sfera.az "Report"-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Süleymanov Şamxal Fəxrəddin oğlu yolu keçmək istəyərkən onu 90 ZT 571 dövlət qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobil vurub. Nəticədə Ş.Süleymanovun iki ayağı sınıb. Yaralı qəzanı törədən avtomobilin sürücüsü tərəfindən xəstəxanaya çatdırılıb. 

Ş.Süleymanov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, qəzanı törədən "VAZ 2107" markalı avtomobilin sürücüsü Sadıqov Nadir Nurəddin oğlu Baş Mühafizə İdarəsinin əməkdaşıdır. O, qəzanı törədərkən xidmətdə olub.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Bazar gününə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeo...

“Mən yeyəcəkdim, sən ac qalacaqdın?” - Polkovniklə işçisi yeyintini bölə bilməyiblər + FOTO

Müdafiə Nazirliyində 143 milyonluq korrupsiya cinayəti ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.   Sfera.az “Qafqazinfo”ya istinadən x...

Bu xəstəxananın direktoru işdən çıxarıldı - FOTO

TƏBİB-in "Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, TƏBİB s...

Fəzail Ağamalı: "Əsas ilkin və ciddi addımlar atıldı" - VİDEO

Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 23 fevral tarixli iclasında Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının çıxışı diqqət çəki...

"Dərmanla müalicəsi yoxdur, mütləq əməliyyat lazımdır" – Uşaqlarda yaranan bu problemlə bağlı XƏBƏRDARLIQ 

Uşaq cərrahiyyəsində tez-tez rast gəlinən hallardan biri qasıq yırtığıdır. Bu, valideynləri ən çox narahat edən problemlərdən sayılır.   ...

Sabir Rüstəmxanlı ilə Ziya Məmmədovun qohumluğu bitir

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının oğlu boşanır.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ...