D vitamininin FAYDALARI: Depressiyanı azaldır, immuniteti isə...

D vitamininin FAYDALARI: Depressiyanı azaldır, immuniteti isə...

D vitamini orqanizmin sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Bu vitamin orqanizmi əzələ zəifliyindən qoruyur, ürək döyüntüsünü tənzimləyir, immun sistemini gücləndirir.

 

Maraqlıdır, D vitamini çatışmazlığının qarşısını almaq üçün nə etmək lazımdır?

 

Bu barədə TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, vitamin D ya qida vasitəsilə, ya da günəş şüaları vasitəsilə dəridə yaranır:

 

“Vitamin qidalardan, əsasən, yağlı balıq məhsullarında, yumurta, kərə yağında, qaraciyərdə, pendir və süd məhsullarında olur. Əhalinin gündəlik olaraq günəș șüalarını qəbul etmələri tövsiyə olunur. Hər gün heç olmasa 15-20 dəqiqə günəș altında olmaq yetərlidir. Vitamin D orqanizmin immunitetini gücləndirir, kəskin respirator virus infeksiyalardan qoruyur, sümük-oynaq sisteminin fəaliyyətini tənzimləyir, müxtəlif xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır, şəkərli diabetin, piylənmənin profilaktikasında böyük rol oynayır, depressiyanı azaldır”.

 

Qurumdan bildirilib ki, uşaq doğulandan vitamin D-nin gündəlik qəbulu məsləhət olunur:

 

“Böyüklər üçün bu doza 1000-2000 vahid, uşaqlar üçün isə doza yaşa uyğun olaraq həkim tərəfindən təyin olunmalıdır. Bəzi xəstəliklər zamanı vitamin D-nin sorulması pozulur. Bunlara qalxanvari vəzi xəstəlikləri, şəkərli diabet, piylənmə, osteoporoz, xronik böyrək xətəliyi, qaraciyər xəstəliyi və s aiddir. Unutmaq olmaz ki, D vitaminini özbaşına qəbul etmək olmaz. Vitaminin dozasının təyinatı həkim tərəfindən tənzimlənməlidir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR