Gənc qalmaq istəyənlərin DİQQƏTİNƏ - Bu qidalarla...

Gənc qalmaq istəyənlərin DİQQƏTİNƏ - Bu qidalarla...

Gənc qalmaq hər kəsin arzusudur. Yaşımızı dəyişmək şansımız yoxdur. Lakin düzgün qidalarla yaşlanmanın insan orqanizminə təsirini azalda bilərik. Zamanın gətirdiyi xəstəliklərdən, xərçəng kimi risklərdən, psixi pozğunluqlardan da qoruna bilərik.

 

Gənc qalmağın yolu antioksidantlar, probiyotiklər, elektrolitlər və amin turşuları ilə zəngin qidalardan keçir.

 

Yaşıl çay

Antioksidant və faydalı birləşmələrlə dolu olan bu çay mədə xərçəngi riskini azaldır. Araşdırmalar göstərib ki, yaşıl çay mədədə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını ala bilir. Həm də arıqlamağa kömək edir, tərkibindəki katexinlər adlı birləşmələr ömrü uzatmağa kömək edir.

 

Çiyələk

Sağlam qidalanmada bütün giləmeyvələrin rolu böyükdür. Çiyələk bu ailənin ən vacib nümayəndələrindən biridir. Tərkibindəki polifenollar sayəsində qocalmanın gedişatını ləngidə bilir. Bundan əlavə, çiyələk istehlakı gənc görünüşün açarıdır.

 

Qreyfrut

Qreyfrut orqanları sağlam saxlamaq üçün vacib qidalardan biridir. Qan təzyiqini aşağı salmağa kömək edir, aşağı təzyiq və ürək-damar xəstəliklərini azaldaraq vaxtından əvvəl ölümlərin qarşısını ala bilir.

 

Zeytun yağı

Xüsusilə Ege və Aralıq dənizi bölgələrində çox istehlak edilən zeytun yağı qocalmanın qarşısını alan təsirli vasitələrdən biridir. Müntəzəm olaraq zeytun yağı istehlak etməklə, koronar arteriya xəstəliyi, periferik arteriya və xroniki ürək çatışmazlığına qarşı qoruyucu qalxan əldə edə bilərsiniz.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR