Saçını boyayan qadınların DİQQƏTİNƏ - Həkimdən ÇAĞIRIŞ

Saçını boyayan qadınların DİQQƏTİNƏ - Həkimdən ÇAĞIRIŞ

Qadınların əksəriyyəti ya saçları ağardığı üçün, ya da görünüşdə fərqlənmək üçün saç boyalarından istifadə edirlər. Gözəllik vasitəsi kimi istifadə edilən bu boyaların isə bir sıra zərərləri var.

 

Bəs bu zərərlər hansılardır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan onkoloq Günay Əhmədova bildirib ki, saç boyalarının tərkibində xeyli miqdarda kimyəvi maddələr mövcuddur.

 

“Saç boyası bəzi insanlarda limfoma xəstəliyi yarada bilər. Bundan əlavə bu boyalardan tez-tez istifadə etmək bədəndə allergik reaksiyalara səbəb ola bilər. Saç boyaları hətta süd vəzi xərçənginin yaranma riskini artırır. Məhz bu baxımdan saç boyalarının tərkibində alüminium, paraben kimi maddələrin olmamasına xüsusi diqqət göstərmək lazımdır”.

 

Həkim qeyd edib ki, hamiləliyin ilk 3 ayında saçları boyamaq məsləhət görülmür.

 

“Həmçinin saçların boyanmasını professional ustalar həyata keçirməlidir. Çünki bu işi bilməyən şəxslər quru və yanmış saçları da boyayırlar ki, bu da saçların daha da yanmasına səbəb olur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR