TƏBİB: "Güclü küləklə əlaqəli 4 nəfər xəsarət alıb"

TƏBİB:

Güclü külək nəticəsində 4 nəfər xəsarət alıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə üç ünvan üzrə 4 müraciət qeydə alınıb. Onların hər birinə təcili tibbi yardım briqadası cəlb olunub. Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 2-si kişi, 2-si isə qadın olub. Onlardan 2-si (1 qadın, 1 kişi) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. İki nəfərə (1 qadın, 1 kişi) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.


OXŞAR XƏBƏRLƏR