Gözdə yaranan qaşıntı və yanma bu xəstəliklərdən XƏBƏR VERİR

Gözdə yaranan qaşıntı və yanma bu xəstəliklərdən XƏBƏR VERİR

Telefonlardan və komputerlərdən istifadə çox geniş yayılıb. Lakin davamlı olaraq bu cihazlardan istifadə insan sağlamlığı üçün bir sıra problemlər yaradır.

 

Sfera.az xəbər verir ki, yaranan problemlərdən biri də göz yorğunluğudur. Gözlərdə ağrı, sulanma, qaşınma və bulanıqlıq göz yorğunluğunun əlamətləridir və bu, çox insanda müşahidə edilir. Uzunmüddətli kitab oxumaq, komputer və telefonun ekranına baxmaq zamanla gözlərin yorulmasına gətirib çıxarır. İnsanların əksəriyyəti bu əlamətləri ciddi qəbul etmədiyi üçün problem ağırlaşa bilir.

 

Tibbi adı astenopiya olan göz yorğunluğu uzun müddətlik konsentrasiya tələb edən işlər nəticəsində yaranır. Bu problemi yaşayan insanlar, əsasən, gözlərindəki qaşıntıdan şikayətçi olurlar.

 

Göz yorğunluğu zamanı gözlərin sulanması da bariz əlamətlərdən biridir. Gözüyoran fəaliyyətləri azaltdıqca bu problem zamanla aradan qalxır. Bəzi elmi araşdırmalar zamanı sübut olunub ki, B12 vitamini çatışmazlığı da göz yorğunluğu yaradır. Bu problemdən xilas olmaq üçün həkim məsləhəti ilə B12 vitamini qəbul etməli və şüaya qarşı eynəkdən istifadə edilməlidir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR