SON DƏQİQƏ: Futbolçuları daşıyan təyyarə qəzaya düşdü, ölənlər var/VİDEO

SON DƏQİQƏ: Futbolçuları daşıyan təyyarə qəzaya düşdü, ölənlər var/VİDEO
Boliviyadan havaya qalxan sərnişin təyyarəsi Medellin beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb.
Təyyarədəki 72 sərnişin arasında "Atletico Nacional" futbol komandası ilə oynamaq üçün gələn Braziliyanın "Chapecoense" klubunun oyunçuları da olub.

Qeyd edək ki, iki komanda "Copa Sudamerica"nın finalında bu səhər qarşılaşacaqdı.

"Reuters" agentliyinin məlumatına görə, xilasetmə qrupları qəzanın baş verdiyi ərazidə sağ qalan sərnişinləri çıxarıblar. Məlumata görə, ölənlər də var.

Medellin bələdiyyə başçısı Federiko Qutierrez qəza nəticəsində sağ qalanların ola biləcəyini söyləyib. "Blu Radio"ya açıqlama verən Qutierrez: "Çox böyük ölçüdə bir faciədir", - deyib.

Sərnişin təyyarələrinin hərəkətlərini canlı olaraq yayımlayan Flightradar24 saytındakı məlumatlara görə, Lamia Hava yolları təyyarəsinin Medellinin cənubundakı La Uinon adlanan ərazi yaxınlığına düşdüyü təxmin edilir.

Qəzanın yerli vaxtla axşam 10.15 radələrində baş verdiyi deyilir. La Union şəhərinin xilasetmə bürosundan verilən məlumata görə, təyyarənin yerə çırpılması nəticəsində 10 nəfər yaralanıb./milli.az/








OXŞAR XƏBƏRLƏR