“Ermənistana hücum” xəbərdarlığının səbəbi – Sejurnenin “dejurnı”lığı

“Ermənistana hücum” xəbərdarlığının səbəbi – Sejurnenin “dejurnı”lığı

Fransanın xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ Dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında fürsətdən istifadə edərək, Azərbaycan əleyhinə təbliğat aparıb. Belə ki o, Ermənistanın “ərazi bütövlüyünə” Azərbaycan tərəfindən “təhdid olduğunu” iddia edib.


Rəsmi Bakıdan Ermənistanın “ərazi bütövlüyünə” heç bir təhdid yoxdur. Dünən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqelərinin Ermənistan tərəfindən atəşə tutulmasını çıxsaq, iki ölkənin şərti sərhədində sabitlik hökm sürür. Bundan başqa, Ermənistanla Azərbaycan arasında sülh prosesi, habelə sərhədlərin delimitasiyası davam edir.


Belə bir vəziyyətdə S.Sejurnenin Ermənistanın “ərazi bütövlüyünə” Azərbaycan tərəfindən “təhdid olduğunu” iddia etməsi onun timsalında ölkəsinin növbəti qərəzli, ikili standartlara hesablanmış türkofob, islamofob, azərbaycanofob siyasətinin göstəricisidir. Aprelin 5-də Brüsseldə baş tutacaq görüşdən əvvəl belə bir açıqlamanın verilməsi bir daha bu görüşün rəsmi Bakının əleyhinə olduğunu sübut edir.


Rəsmi Bakının sülhdə maraqlı olması, maksimum konstruktiv mövqe sərgiləməsi və gərginlikdən yayınması başda Fransa olmaqla regionda maraqlı olan qüvvələri narahat edir. Sülhün əldə edilməsi bu ölkələrin regiona müdaxilə, buranı təsirdə saxlamaq imkanlarını sıfırlayır.


Reallıq ondan ibarətdir ki, Fransa Cənubi Qafqazda kövrək sülhü pozmağı və regionu yeni münaqişə ocağına çevirmək istəyini nümayiş etdirir. Fransa uzun müddətdir ki, Ermənistanı silahlandırır. Bunun müdafiə xarakterli silahlar olduğu deyilsə də, NATO üzvü olmayan ölkələrə satışı qadağan edilən silahları Ermənistana təmənnasız verir.


Fransa Azərbaycanı ittiham etməkdənsə, Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializm siyasətinin gətirdiyi fəlakətlərdən nəticə çıxarmalı, öz müstəqilliyinə qovuşmaq istəyən koloniyalarda fəallara qarşı təzyiq, təqib və cəzalandırma metodlarından, həmin xalqların müstəqillik uğrunda mübarizələrinə qarşı aqressiv tədbirlərdən əl çəkmək haqqında düşünməlidir.


Əslində, bu gün Fransanın Azərbaycana qarşı qəzəb və aqressiv siyasətinin bir səbəbi də budur. Rəsmi Bakı Fransanın Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializm siyasətini ifşa edir, reallığı dünya ictimaiyyətinə təqdim edir. Bundan başqa, Fransanın Korsika, Yeni Kaledoniya kimi ərazilərin öz müqəddəratını təyin etməsinə mane olmasına etiraz edir. Azərbaycanın yanaşması beynəlxalq hüquq və insan haqları prinsiplərinə, rəsmi Parisin mövqeyi isə ikili standartlara, qərəzə dayanır.


Müəllif: Politoloq Turan Rzayev


 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...