Ölüm haqqında şəhadətnaməni necə ala bilərik? – RƏSMİ AÇIQLAMA

Ölüm haqqında şəhadətnaməni necə ala bilərik? – RƏSMİ AÇIQLAMA

Vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də ölüm haqqında şəhadətnamə ilə bağlıdır.

 

Bəs bu şəhadətnaməni haradan və necə ala bilərik?

 

Bununla bağlı TƏBİB-dən Sfera.az-a verilən açıqlamada qeyd olunub ki, ölüm haqqında şəhadətnamənin verilməsi Səhiyyə Nazirliyi Kollegiyasının təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir:

 

“Qərara görə, ölüm hadisəsi şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə xəbərdarlıq vərəqəsi və ya tibbi sənədlər əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ampulator tibb müəssisəsi, yəni ilkin səhiyyə xidməti göstərən poliklinikalar tərəfindən verilir”.

 

Qurum həmçinin, bu istiqamətdə mövcud mübahisəli hallar məsələsinə də toxunub: “Yəni ölümün baş vermə səbəbi məlum deyilsə, sözügedən sənəd patoloji anatomik və ya məhkəmə tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR