"Rusiya, Çin və İrandakı rejimlərə uduzuruq" - ABŞ senatorları

"İnsan şüurunun ən yeni “döyüş meydanına” çevrildiyi texnoloji inkişaf fonunda ABŞ informasiya müharibəsini Rusiyaya uduzur". 


Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş senatorları Co Liberman və Qordon Humfri “Vaşinqton Post” qəzetinə yazdıqları məqalədə bildiriblər.

 

“Biz milli təhlükəsizlik haqqında quruda, dənizdə və havada döyüşlər baxımından düşünürdük. Ən yeni döyüş meydanı insan ağlıdır. Rəqiblərimiz tam olaraq bu döyüş meydanında yerləşdirilib. Beləliklə, biz informasiya müharibəsini defolt olaraq Rusiya, Çin və İrandakı rejimlərə uduzuruq ”, - eks-senatorlar qeyd ediblər.

 

ABŞ-nin keçmiş qanunvericilərinin fikrincə, vəziyyətin bu cür olması rəhbərlik çatışmazlığı və ABŞ-nin rəqiblərinə qarşı informasiya müharibələri aparmaq üçün lazımi vəsaiti ayırmaması ilə bağlıdır.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR