Azərbaycanda 165 nəfər ZƏHƏRLƏNİB: 9 nəfər... - Rəsmi AÇIQLAMA

Azərbaycanda 165 nəfər ZƏHƏRLƏNİB: 9 nəfər... - Rəsmi AÇIQLAMA

Mart ayında 165 nəfər zəhərlənib.

 

Bu barədə Sfera.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir.

 

“Həmçinin 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib”, - məlumatda qeyd olunub.

 

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 9-u dünyasını dəyişib:

 

“Onlardan 4-ü qadın, 5-i kişi olub. Ölüm halları isə sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb”.

 

Günay


OXŞAR XƏBƏRLƏR