Ədliyyə Nazirliyinə yeni TƏYİNAT

Ədliyyə Nazirliyinə yeni TƏYİNAT

Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinə yeni rəis təyin edilib. 

 

Sfera.az-ın məlumatına görə, yeni ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə bu vəzifəyə Toğrul Aydın oğlu Hüseynov təyin olunub. 

 

Nazirin digər əmri ilə Həsənli Rəşad İsmayıl Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini təyin olunub. 

 

Qeyd edək ki, bu ilin mart ayında Ədliyyə Nazirliyi Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən azad edilərək, Ali Məhkəmə Aparatının Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri təyin olunub. 

 

Bundan əvvəl Toğrul Hüseynov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertiza şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.  (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...