Tardiqrad zülalları yaşlanmanın qarşısını ala bilər - Alimlərin ARAŞDIRMASI

Tardiqrad zülalları yaşlanmanın qarşısını ala bilər - Alimlərin ARAŞDIRMASI

Alimlər aşkar ediblər ki, tardiqrad zülalları ( red - su  ayıları) insan hüceyrələrində maddələr mübadiləsini ləngidə bilər. Bu da yaşlanmanın qarşısını ala bilər.


Sfera.az dünya mediasına istinadən xəbər verir ki, tardiqradlar dünyanın ən pozulmaz həyat formalarından birinə sahibdirlər və ekstremal şəraitdə yaşamaq qabiliyyətini nümayiş etdirirlər.

 

Onlar tamamilə qurudulmuş, dondurulmuş şəraitdə, 150 dərəcədən yuxarı istilikdə, insanın dözə biləcəyindən bir neçə min dəfə artıq işığa məruz qalanda və hətta kosmos vakuumunda da sağ qala bilirlər.

 

Əvvəlki araşdırmalar göstərib ki, uzunluğu yarım millimetrdən az olan bu canlılar ekstremal şəraitə məruz qaldıqda bədənlərini qorumaq üçün vegetativ vəziyyətə keçməyi bacarırlar.

 

Alimlər tardiqradların ətraf mühitin stresləri ilə qarşılaşdıqda bu müvəqqəti ölüm vəziyyətindən çıxması üçün hansı mexanizmlərdən istifadə etdiyini öyrənməyə çalışıblar.


ABŞ-nin Vayominq Universitetinin (UW) rəhbərlik etdiyi tədqiqat qrupu tardiqradların həyat proseslərini yavaşlatmaq üçün hüceyrələrinin içərisində gel əmələ gətirən zülallardan istifadə etdiyini aşkar edib.Onlar kəşf ediblər ki, bu zülallar insan hüceyrələrinə əlavə edildikdə, molekullar tardiqradlarda olduğu kimi gelləşərək maddələr mübadiləsini yavaşladır.Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bu tardiqrad zülallarını istehsal edən insan hüceyrələri müvəqqəti ölüm vəziyyətinə gətiriləndə hüceyrələr stresslərə qarşı daha davamlı olur.

 

Su ayılarının bəzi bacarıqlarını insan hüceyrələrinə qazandıran bu prosesin geri dönüşlü olduğu da müəyyən edilib.

 

"Stress aradan qaldırıldıqdan sonra, tardiqrad gellər əriyir və insan hüceyrələri normal metabolizmə qayıdır",- tədqiqatın həmmüəllifi Thomas Boothby deyib.

 

Əvvəlki araşdırmalar, hemofiliyalı xəstələrin müalicəsində istifadə edilən əhəmiyyətli bir dərmanın müxtəlif növ tardiqrad zülalları ilə sabitləşdirilə biləcəyini ortaya qoyub.

 

İnci


OXŞAR XƏBƏRLƏR