Hindistan və Şri-Lanka Katçathevu adasına görə MƏHKƏMƏLİK OLDU

Şri-Lankanın bir hissəsi olan kiçik, kimsəsiz bir ada Hindistanda siyasi qalmaqallara səbəb olub.
Sfera.az “BBC”yə istinadən xəbər verir ki, bu, Katçathevu adasıdır.
Belə ki, 1921-ci ildən bəri həm Hindistanda, həm də Şri-Lankada insanlar Katçathevu ətrafındakı sularda balıq tutmaq hüququna malik idilər. Lakin 1974-cü ildə Hindistan və Şri-Lanka hər iki ölkədən insanların bir-birinə məxsus sularda balıq tutmasına mane olan müqavilə imzalayıb.
Hindistanın Baş naziri Narendra Modi ölkənin müxalifət Konqres partiyasını adanı Şri-Lankaya verməkdə ittiham edib. Konqres sərt reaksiya verərək bildirib ki, cənab Modi seçkilər öncəsi məsələni bilərək gündəmə gətirir.
Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar bildirib ki, Hindistanın Şri-Lanka ilə 1974-cü il müqaviləsinə yenidən baxılır, məsələ məhkəmədədir.
Xatırladaq ki, 2013-cü ildə federal hökumət Ali Məhkəmənin Katçathevunu Şri-Lankadan geri ala bilməyəcəyini demişdi, çünki Hindistana aid heç bir ərazi mübahisəli olmayıb və heç vaxt demarkasiya edilməyib, Hindistana məxsus heç bir ərazi başqa ölkəyə verilməyib və suverenlikdən imtina edilməyib.
Keçmiş baş prokuror Mukul Rohatgi məhkəməyə bildirib ki, Hindistan Katçathevunu istəsə, onu əldə etmək üçün müharibəyə getməli olacaq.
Firuzə Əliyeva