Niyə daha çox kişilər ürək çatışmazlığından əziyyət çəkirlər? - Alimlər SƏBƏBİ TAPDILAR

Niyə daha çox kişilər ürək çatışmazlığından əziyyət çəkirlər? - Alimlər SƏBƏBİ TAPDILAR

Virciniya Universitetinin alimləri müəyyən ediblər ki, kişi Y xromosomunda yerləşən Uti genindəki mutasiya kişilər arasında ürək çatışmazlığının daha çox yayılmasına səbəb olur. 


Sfera.az xəbər verir ki bu barədə nəticələr "Nature Cardiovascular Research" jurnalında dərc olunub.

 

Ürək çatışmazlığı ürəyin normal şəkildə dolub boşalmamasıdır. Bu patologiya orqanizmin ehtiyaclarına uyğun olaraq orqanlara qan tədarükünün pozulmasına və ürək sancmalarının sayının artmasına səbəb olur (orqan və toxumaların oksigenlə təmin edilməsi üçün kompensasiya mexanizmi). Qlobal miqyasda xroniki ürək çatışmazlığı kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.

 

Alimlər erkək Y xromosomunda lokallaşdırılmış genləri tədqiq edərkən aşkar ediblər ki, onlardan biri olan Utidəki mutasiya erkək siçanların immun sistemində nasazlıqlara səbəb olur. Xüsusilə, qüsurlu Uti immun hüceyrələrin (makrofaqlar və monositlər) işini dəyişdirir ki, onlar fibroza - çapıq əmələ gəlməsinə daha çox meylli olurlar. Funksional ürək toxumasının birləşdirici toxuma ilə əvəzlənməsi kontraktil disfunksiyaya, elektrofizioloji dəyişikliklərə, aritmiyalara və ürək çatışmazlığına səbəb olur.

 

Alimlər vurğulayıblar ki, Utidəki mutasiya Y xromosomunun itirilməsinin nəticəsi ola bilər. 

 

İnci


OXŞAR XƏBƏRLƏR