Saç tökülməsinin qarşısını BELƏ ALIN - Mütəxəssisdən faydalı MƏSLƏHƏTLƏR

Saç tökülməsinin qarşısını BELƏ ALIN - Mütəxəssisdən faydalı MƏSLƏHƏTLƏR

"M. Zolotarev" gözəllik studiyasının sahibi, saç ustası və "L'Oréal Professionnel Paris" brendinin ortağı Mixail Zolotarev saç tökülməsinin səbəblərindən danışıb.

 

Sfera.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, saç uzanması və saç tökülməsi dövrləri daim bir-birini əvəz edir. Saç üç ay uzanır, sonra üç ay tökülür. Eyni zamanda, o bildirib ki, saçların aktiv itki mərhələsi payız və yaz aylarına təsadüf edir. Belə ki, isti mövsümdə gündə 100-ə qədər saç tökülməsi normal sayıla bilər, lakin qeyd olunan say artarsa, trixoloqa müraciət etmək lazımdır.

 

Bu problemin qarşısını almaq üçün Zolotarev yay və qışın son ayında vitamin terapiya kursu almağı, həmçinin ev baxımına salon prosedurlarını əlavə etməyi məsləhət görüb.

 

"Evdə əlavə qulluq olaraq, saç köklərini gücləndirmək üçün ampulalardan və serumlardan istifadə edə bilərsiniz, bu da mövsümi saç tökülməsinin təsirini azaltmağa kömək edəcək", - mütəxəssis vurğulayıb. 

 

İnci


OXŞAR XƏBƏRLƏR