İrandan ABŞ-yə hücumla bağlı SƏRT MESAJ: \"Məsuliyyəti öz üstünə götürməlidir\"

İrandan ABŞ-yə hücumla bağlı SƏRT MESAJ: \

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsrailin Dəməşqdəki İran konsulluğuna hücumundan sonra ABŞ-ni günahlandırıb.

 

Sfera.az "Tasnim"ə istinadən xəbər verir ki,  Abdullahiyan "X" platformasında verdiyi açıqlamada bildirib:

 

“Bu çağırışda terror hücumunun və İsrailin törətdiyi cinayətin ölçüləri aydınlaşdırılıb, hadisədə ABŞ hökumətinin məsuliyyəti vurğulanıb".

 

 Abdullahiyan sözlərini belə davam etdirib: “Sionist varlığın tərəfdarı olaraq ABŞ hökumətinə mühüm mesaj göndərilib. ABŞ məsuliyyəti öz üstünə götürməlidir”.

 

İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, SEPAH-ın Suriya və Livandakı Qüds qüvvələrinin komandanı, briqada generalı Məhəmməd Rza Zahidi, onun müavini Məhəmməd Hadi Rəhimi və onları müşayiət edən 5 məmur dünən İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu nəticəsində həlak olub.

 

İnci


OXŞAR XƏBƏRLƏR