"İmtahan nəticəsi niyə bir ay sonra elan olunur?" - Təhsil eksperti DİM-i TƏNQİD ETDİ

Dövlət İmtahan Mərkəzi mart ayının 3-ü və 10-u 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. Bu imtahan həm də ali məktəblərə qəbulun birinci mərhələsi, həmçinin 5-ci qrupa və 11-ci sinifdən kolleclərə qəbul üçün əsas imtahan hesab olunur. İmtahandan 1 ay keçib. Amma hələ də imtahan nəticəsi elan olunmayıb. Bunun səbəbi imtahanda istifadə olunan və yazı tələb edən situasiya tipli test tapşırığının yoxlanılması üçün vaxtın tələb olunmasıdır.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

 

“Belə ki, hər fəndən 3 test tapşırığı situasiya tipli sualdır, bu sualı imtahan iştirakçısı əli ilə yazmalı, DİM-in markerləri isə onu meyarlar əsasında əl ilə yoxlamalıdır. Dünyanın heç bir ölkəsində imtahan nəticəsinin bir ay sorna elan olunması prosesi yoxdur. Qəbul imtahanı digər imtahanlardan məzununa və əhatə dairəsinə görə fərqlənir. Bu imtahanda qısa müddət ərzində iştirakçının bilik və bacarıqları ölçülür, yoxlanılır”.

 

Ekspert qeyd edib ki, imtahan nəticəsi də qısa müddət ərzində elan olunmalıdır.

 

“Ümumiyyətlə istər buraxılış, istərsə də qəbul imtahanında situasiya tipli test tapşırığından istifadə etməyə ehtiyac yoxdur. Bu test tapşırığı məktəb daxili biliyin ölçülməsinə xidmət edən modeldir. Qəbul imtahanında açıq və qapalı tipli test tapşırığından istifadə etməklə imtahan keçirmək ən doğru yoldur. Bundan başqa, yaxşı olar ki, DİM buraxılış imtahanından sonra açıq və qapalı sualların nəticəsini elan etsin, 1 ay sonra situasiya suallarının nəticəsini elan edib, əvvəlki balın üzərinə əlavə edər. Dünya ölkələri daha asan imtahan modelləri tətbiq etmək istiqamətində düşündüyü halda, biz ən çətin yolları axtarır, tapır, tətbiq edirik”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...