ABŞ İsrailə silah SATACAQ - 18 milyard dəyərində...

11:00 / 02.04.2024
2475
ABŞ-nin İsrailə 18 milyard dollar dəyərində 50 ədəd "F-15" döyüş təyyarəsi satmağa hazırlaşdığı bildirilib.
Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. İsrailin ilk olaraq 2023-cü ilin yanvarında almaq üçün müraciət etdiyi döyüş təyyarələri ilə bağlı Bayden rəhbərliyi ilə Konqres arasında çoxlu görüşlər keçirildiyi və qeyri-rəsmi prosesin tamamlandığı bildirilib.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Michael McCaul tərəfindən razılıq verilən satışla bağlı rəsmi bildiriş Bayden administrasiyasından tezliklə Konqresə göndəriləcək.
Qeyd edək ki, İsrailə silah satışı, müəyyən edilmiş qanuni prosedurlara uyğun olaraq həyata keçirilir.
Ülkər Abdurahmanlı