“Gənc Avaz” layihəsinin ilk konserti baş tutdu - FOTOLAR

“Gənc Avaz” layihəsinin ilk konserti baş tutdu - FOTOLAR

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Gənc Avaz” adlı layihənin ilk konserti baş tutdu. Silsilə şəklində keçirilməsi nəzərdə tutulan layihənin məqsədi yaradıcı gənclərə dəstək olmaqdır.

 

Konsertdə müxtəlif janrda ifa edən gənclər səhnədə yer alıblar. Qeyd edək ki, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tək musiqi sahəsində deyil, eyni zamanda rəsm, dizayn və incəsənətin digər sahələrində də öz yaradıcılıq imkanlarını inkişaf etdirmək istəyən gənclərə dəstək verir.

 

Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavinləri Səadət Yusifova və Fərid Cəfərov iştirak ediblər.

 

Konsertin əvvəlində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan etmək üçün səhnəyə “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli dəvət olunub. O, çıxışı zamanı layihə haqqında ətraflı məlumat verərək təşkilatın gələcək fəaliyyət istiqamətləri barədə tamaşaçıları məlumatlandırıb. Qeyd etmək lazımdır ki, tədbirin aparıcısı “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkil etdiyi aparıcı kastinqinin hər üç mərhələsindən uğurla keçən Fidan Qasımova olub.

 

“Gənc Avaz” adlı konsertdə Azərbaycan Milli Konservatoriyasının tələbələri Altun Süleymanov, Sevil Əsədullayeva, Əminə Hacıyeva, İsmayıl Məmmədov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin tələbələri Zaur Əzimli, İsmayıl Hüseynov, Rübabə Əkbərova, Xədicə İsmixanova, Xatirə Kərimova, Fuad Qənbərli, Turan İmamquliyeva, Onur Əliyev, Pənah İbrahimov, Ələmdar Nəsirli, Nurlan İsmayılov, o cümlədən Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların tələbələri Əşrəf Bünyadzadə, Gülyaz Həsənzadə, Əvəzxan Əzizov, Elnarə Rəsulova, Sərxan Mirzəyev, Səfiyyə Yaqublu, Cahangir Əliyev, Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərovun tələbələri Kənan Rəhmanzadə, Nuray İsmayılova, İsmayıl Əsədli, Ramal İbişov, Süsən Abbasova çıxış ediblər.

 

Sonda bütün iştirakçılar diplomlarla, müəllim və tədris ocaqları təşəkkürnamələr ilə təltif olunublar. 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...