Qobuda itlərin dişlədiyi məktəbli evə buraxıldı - FOTO

Qobuda itlərin dişlədiyi məktəbli evə buraxıldı - FOTO

Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq bir aya yaxın müalicədən sonra bu gün evə buraxılıb.

 

Bu barədə Sfera.az-a mərkəzdən məlumat verilib. Qeyd olunub ki, bədənində çoxsaylı yaralarla xəstəxanaya çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə olduğundan bir müddət reanimasiya şəraitində müalicə olunub.

 

“KTM-in Uşaq cərrahiyyəsi və Cərrahi reanimasiya şöbələrinin həkimlərinin səyləri nəticəsində azyaşlının səhhətində müsbət dinamika müşahidə edilib”, - məlumatda bildirilib.

 

Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev isə deyib ki, stasionar şəraitdə uzun müddət müalicəsi davam edən azyaşlının həyatı üçün artıq hər hansı təhlükə qalmadığına görə ambulator müalicə üçün evə buraxılıb.

 

Xatırladaq ki, bir ay əvvəl Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında 9 yaşlı uşağı it dişləmişdi.

 

Günay


OXŞAR XƏBƏRLƏR