Tibbin daha bir UĞURU: Məşhur rəssama qol transplantasiya edildi

45 yaşlı Rac Kumarın başına 2020-ci ilin oktyabr ayında dəhşətli qəza gəlib.
Sfera.az bildirir ki, 45 yaşlı keçmiş rəssam Rac Kumar 2020-ci ilin oktyabr ayında Hindistanın Dehli şəhərində (Nangloi) velosiped sürərkən onu qatar vurub. Möcüzəvi şəkildə sağ qalsa da, o, qəza nəticəsində hər iki qolunu itirib.
Bu yaxınlarda isə hər iki qolunu itirmiş Rac donor qadından alınmış əzalar vasitəsilə yeni bədən üzvlərinə qovuşub.
Əməliyyatla ona orqan donoru olmaq üçün qeydiyyatdan keçmiş Meena Mehta adlı qadının qolları transplantasiya edilib. Qeyd edək ki, donorlar vəfat etdikdən sonra onların bədən üzvləri xəstələrə transplantasiya edilir.
Yanvarda baş tutmuş əməliyyat 12 saat davam edib. Hər bir arteriya, əzələ, vətər və siniri birləşdirmək üçün bu əməliyyatda bir neçə cərrah iştirak edib. Sir Ganga Ram Xəstəxanasının Plastik və Kosmetik Cərrahiyyə şöbəsinin müdiri Dr. Mahesh Mangal mətbuata açıqlamasında:
“Əl transplantasiyası uğurla keçdi. Bütüm komandamızla qürur duyuruq”-deyə bildirib.
Aysel
Sfera.az