Notr-Dam kilsəsində terror aktının qarşısı alındı

Notr-Dam kilsəsində terror aktının qarşısı alındı

Parisdə Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI) əməkdaşları Notr-Dam kilsəsində terror aktının qarşısını alıb.

 

Sfera.az bildirir ki, İŞİD-lə əlaqəsi olan 62 yaşlı misirli kişi həbs edilib.


Fransa hüquq-mühafizə orqanlarının məlumatına görə, Əl-Qaidə və İslam Dövləti nümayəndələri ölkədə “Olimpiya Oyunlarından əvvəl və ya oyun zamanı” terror aktı törətməyə can atırlar.

 

Qeyd edək ki, son bir neçə həftə ərzində Fransada hər birinin İŞİD-lə əlaqəsi olan beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib.

 

Həmçinin İŞİD-in “düşmənlərə”, yəni yəhudi, şiə və ya xristian müttəfiqlərə qarşı cihada çağırdığı bildirilir.

 

Hüquq-mühafizə orqanları təhlükəyə hökumət tərəfindən ciddi yanaşıldığını və ölkənin Daxili İşlər Nazirliyinin fransızların təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərdiyini bildirib. 

 

"Radikal şəxslər ciddi nəzarətdə saxlanılır. İbadət yerləri və təhsil müəssisələrində, o cümlədən ictimai nəqliyyatda və ictimai binalarda, bayram, mədəni və dini tədbirlərdə təhlükəsizlik tədbirləri gücləndirilib"- deyə Fransa Daxili  İşlər Nazirliyindən bildirilib.

 

Həmçinin terror riskli və təhlükə olduğu ərazilərdə nəzarətin gücləndirilməsi üçün 10,000 polis məmuru və jandarmın səfərbər edildiyi bildirilir.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...