Çəki azlığından əziyyət çəkənlərin DİQQƏTİNƏ - Hər gün...

Çəki azlığından əziyyət çəkənlərin DİQQƏTİNƏ - Hər gün...

Çəki azlığı kişilərlə müqayisədə qadınlarda təxminən 2-3 dəfə çoxdur və bu da insan sağlamlığı üçün ziyanlıdır.

 

Sfera.az xəbər verir ki, araşdırmalara görə, az çəki kişilərdə 140%, qadınlarda isə 100% daha erkən ölüm riskinə səbəb olur.

 

Çəki azlığı anemiyaya, sümüklərin kövrəkləşməsinə və saç tökülməsinə səbəb olur. Bu problemdən xilas olmaq üçün bir sıra qidaları qida rasionuna daxil etmək lazımdır. Qəhvə və çay kimi içkilərin əvəzinə süd, meyvə suyu və ya tam yağlı süd məhsulları qəbul etmək lazımdır. Zərərli yeməklərdən uzaq durmaq da kökəlmək baxımından önəmlidir. Düyü kökəlməyə kömək etmək üçün əlverişli, ucuz bir karbohidrat mənbəyidir. Yalnız 1 stəkan (165 qram) bişmiş düyü 190 kalori, 43 qram karbohidrat verir.

 

Qurudulmuş meyvə də kökəlməyə kömək edən vasitələrdən biridir. Bir çox insan meyvələrin qurudulduqda qida maddələrinin çoxunu itirdiyini düşünsə də, bu belə deyil. Qurudulmuş meyvələrin tərkibində çoxlu miqdarda lif var və bu da özlüyündə vitamin və mineralların çoxunun toxunulmaz qalmasina səbəb olur.

 

Yumurta planetdəki ən keyfiyyətli qidalardan biridir. Yüksək keyfiyyətli zülalların və sağlam yağların əla birləşməsini təmin edir. Yumurtanın hamısını yemək də çox vacibdir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR