"Samsung" iki hissəyə bölünə bilər
İqtisadiyyat
15:27 / 28.11.2016
2263
Cənubi Koreyanın "Samsung Electronics" şirkəti iki kompaniyaya bölünmək imkanını gözdən keçirir.
Sfera.az xəbər verir ki, hələ oktyabr ayında amerikalı "Elliot Management" hec-fondu bu təkliflə çıxış edib.
Belə bir parçalanma "Samsung" şirkətinin rəhbərlərinə smartfon istehsalı sahəsində qlobal liderə çevrilmiş departamentin nəzarətini mükəmməlləşdirməyə şərait yarada bilər. Smartfon istehsalı "Samsung Group" biznes imperiyasının ən dəyərli və gəlirli sahəsidir.
Verilən xəbərə görə, sözü gedən məsələ ilə bağlı şirkətin direktorlar şurası 29 noyabr tarixində toplantı keçirəcək.