Tanışını bıçaqlayan şəxsin istintaqı qeyri-obyektiv aparılmır - RƏSMİ

Tanışını bıçaqlayan şəxsin istintaqı qeyri-obyektiv aparılmır - RƏSMİ

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Elcan Beybudova tanışı Vüsal Mayılov tərəfindən bıçaqla xəsarət yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, istintaqın əsassız uzadılması barədə məlumatlar yayılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Vüsal Mayılov tərəfindən Elcan Beybudovun sağlamlığına ağır xəsarət yetirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.

 

Binəqədi Rayon Məhkəməsi tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prossual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılaraq təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Ötən ilin noyabrın 29-da Vüsal Mayılova həmin məcəllənin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilib, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün yenidən rayon məhkəməsinə müraciət olunub, məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin olunmayıb, eləcə də, həmin qərardan ibtidai araşdırmaya prosseual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin olunmayaraq rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 

Bundan başqa, cinayət işinin mürəkkəbliyi nəzərə alınaraq cari il yanvar ayının 23-də Bakı Şəhər Prokurorluğu tərəfindən ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilib.

 

"Bildiririk ki, cinayət işi üzrə müvafiq ekspertizaların təyini, hadisənin baş vermə səbəbləri və şəraitinin, mexanizminin dəqiq müəyyənləşdirilməsi istiqamətində çoxsaylı istintaq hərəkətlərin icra olunması, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıqların, dövlət orqanlarına sorğuların verilməsi, zərərçəkmiş tərəfin istintaq orqanının çağırışlarına vaxtında gəlməmələri ibtidai istintaq müddətinin uzanmasına səbəb olub. İstintaq zamanı həmçinin, Vüsal Mayılovun mübahisə zamanı ayağından bıçaq zərbəsi alması faktına görə cinayət işinin materiallarından cinayət işi ayrılaraq, hazırda istintaqı davam etdirilir. Bir daha sosial şəbəkə istifadəçilərindən istintaq orqanı ilə dəqiqləşdirməmiş və yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur", - deyə məlumatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb - Foto

Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az bildirir ki, "Report"un Şimal bürosunun məlumatına görə, meyit rayonun Yergüc kə...

Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - QƏRAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən Zaqatala ra...

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında CGTN telekanalına müsahibəsindən görüntülər paylaşılıb - VİDEO

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsindən görüntülər p...

"TikTok"un işində problemlər yaranıb

Rusiyalı istifadəçilər “TikTok”un işində problemlərdən şikayətlənirlər.   Sfera.az xəbər verir ki, bu barədə  “Roskomnadzor&rd...

Zelenski və Sandu Azərbaycan qazının vacibliyindən danışıblar

Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir. Hansı ki, bu, Ukraynaya, Moldovaya, Slovakiya və digər ölkələrə də bəs edər.   Sfera.az xəbər ve...

İsrail 200 fələstinli girovu azad etdi - 4 israilli qadın müqabilində...

İsrail höküməti bu gün 200 fələstinli girovu azad edib.   Sfera.az  xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.   ...