Millimizin yeni cazibədar üzvü - FOTOLAR
13:14 / 28.11.2016
3049
Sloveniyalı idmançı Dorota Balçiarova karate üzrə Azərbaycan millisində çıxış edəcək.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Balçiarova kata üzrə yarışlarda çıxış edəcək. Sloveniyalı idmançı yeniyetmə və gənclər üzrə dünya və Avropa çempionudur. Dorota bir neçə gün əvvəl Bakıya gəlib.
Qeyd edək ki, Balçiarova İrina Zaretskidən milliləşdirilən ikinci legionerdir.