Bu gün “Gənclik” parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Bu gün “Gənclik” parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Martın 30-u Beynəlxalq Sıfır Tullantı Günüdür. Bu gün həm qlobal miqyasda tullantıların idarə edilməsinin gücləndirilməsinin, həm də davamlı istehlak və istehsal nümunələrinin təşviq edilməsinin vacibliyini vurğulayır.


 
Sfera.az xəbər verir ki, 2022-ci il dekabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında 30 mart tarixi Beynəlxalq Sıfır Tullantı Günü elan edilib. Qardaş Türkiyə tərəfindən irəli sürülən həmin təşəbbüsə 105 ölkə qoşulub.


 
Beynəlxalq Sıfır Tullantı Günündə üzv dövlətlər, təşkilatlar, vətəndaş cəmiyyəti üzvləri, özəl sektor, akademik dairələr, gənclər və digər maraqlı tərəflər tullantıların idarə edilməsi haqqında məlumatlılığın artırılmasına yönəlmiş fəaliyyətlərdə iştirak etməyə dəvət olunurlar.


 
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Gənclik” parkında Beynəlxalq Sıfır Tullantı Gününə həsr olunmuş “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirəcək.


 
Nazirlik hər kəsi həmin festivalda iştirak edərək tullantıların çeşidlənməsi vərdişinin formalaşmasına, tullantıların sayının azaldılmasına töhfə verməyə dəvət edir.
 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Moskva paradında iştirak etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev 9 May paradında iştirak üçün Moskvaya səfər etməyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin k...

Rəsmi qarşılama mərasimindən- FOTOLAR

Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın bu gün rəsmi qarşılanma mərasimi...

Sabah bu ərazilərdə qaz olmayacaq

Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzy...

Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı -MÜSAHİBƏ

Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də be...

Mehriban Əliyeva No Fon Li ilə görüşdü - FOTO

Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş...

İlham Əliyev və To Lam birgə bəyanatla çıxış etdilər

İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.   Sf...