Meteohəssas insanların nəzərinə...

Cəmiyyət
18:11 / 29.03.2024
12004
Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib.
Qeyd edilib ki, martın 30-da Abşeron yarımadasında atmosfer təzyiqinin tərəddüdü fonunda səhər arabir güclənən gilavar küləyinin axşam xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.