Sumqayıtda fəhlə işlədiyi zavodda ÖLDÜ

17:06 / 29.03.2024
8084
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb.
Sfera.az xəbər verir ki, hadisə Boru Yayma zavodunda qeydə alınıb.
1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyev iş zamanı istehsalat sahəsində dünyasını dəyişib. Hadisənin səbəbi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.