Zaurun "Təhminə"si Sumqayıtda - FOTOLAR

Zaurun
Türkiyənin tanınmış sənətçisi, "Təhminə və Zaur” filmində yaratdığı "Təhminə” obrazı ilə tanınan Meral Konrat və rejissor Öner Kılıç, aktyor Emre Kızılırmak və digərləri Sumqayıtda qonaq olub.

BiG.AZ xəbər verir ki, Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi və "Bilik” Tədris Mərkəzinin birgə təşkil etdiyi səfər çərçivəsində xanım sənətçi və yaradıcı heyət yeni tikilən mədəniyyət müəssisələri ilə yaxından tanış olub, şəhərimizdə son bir ildə aparılan abadlıq, tikinti və quruculuq işləri haqqında məlumatlandırılıb.

Heydər Əliyev Mərkəzi və "Poeziya Evi”ndə olan qonaqlar görülən işlərdən heyrətlərini gizlətməyib, kiçik bir şəhərin sakinləri üçün belə bir şəraitin yaradılmasını alqışlayıblar.

Qonaqlar həmçinin Sumqayıt Dövlət Dram Teatrında olublar. Teatrda yaradılmış şəraitlə yaxından tanış olan sənətkarlar səhnədə tamaşaçılar qarşısında çıxış ediblər

"Belə bir teatr səhnəsində məmuniyyətlə çıxış etmək istərdik”deyən sənətkarlar bu səfərin mədəni əlaqələrin inkişafında mühüm rol oynaya biləcəyini dilə gətiriblər. Tanınmış aktrisa Meral Konrat çıxış edərək, Sumqayıtda ilk dəfə olduqunu və gördüyü mənzərələrin onda xoş təəssürat yaratdığını bildirib.

Sumqayıt tamaşaçılarına xoş arzularını çatdıran sənətkarlar sonda xatirə şəkli çəkdiriblər.
Daha sonra Türkiyəli sənətkarlar yeni salınan şəhər bulvarı ilə tanış olublar. Bulvarda gəzintinin onlarda xoş əhval-ruhiyyə yaratdıını bildirən qonaqlar görüşün təşkilinə və mehriban qonaqpərvərliyə görə təşilatçılara öz təşəkkürünü bildirib.

Zaurun
Zaurun
Zaurun
Zaurun
Zaurun
Zaurun


OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...