Kökəldiyi üçün amansız şərhlərin hədəfi olan Selena Qomez hər kəsi kədərləndirdi

Kökəldiyi üçün amansız şərhlərin hədəfi olan Selena Qomez hər kəsi kədərləndirdi

Dünya şöhrətli müğənni Selena Qomezin bir müddət əvvəl İnstaqram hesabında paylaşım edib, daha sonra onu işıq sürəti ilə silib. Lakin artıq sosial şəbəkələrdə yayılan fotolar qəddar şərhlərin hədəfinə çevrilib. 


Sfera.az xəbər verir ki, hər kəs Qomezin çəkisini və sinəsini lağ obyektinə çevirərkən məşhur ulduzun kökəlmə səbəbinin dolayısı ilə keçirdiyi ölümcül xəstəliklə bağlı olduğu öyrənilib.

 

Selena Qomez hər zaman xarici jurnalların gündəmində olan bir addır.


Həm eşq həyatı, həm də paylaşımları ilə tez-tez sosial medianın gündəmində olmağı bacaran Qomez tez-tez amansızlıqla tənqid olunur, məsxərə obyektinə çevrilir.

 

Məşhur müğənni sonuncu dəfə İnstaqram hesabında iki selfi paylaşsa da, sonra bu fotoları dərhal silib.

 

Halbuki artıq fotolar internetdə kosmik sürətlə yayılmış, bəyənənlər qədər bəyənməyənlər də çox olmuşdu. 


Hətta bəzi xoşagəlməz şərhlər də var idi...

 

Paylaşımları ilə səs-küyə səbəb olan Selena Qomezin paylaşdıqdan sonra dərhal sildiyi foto sosial medianın gündəminə çevrilib. 


Xüsusən də məşhur ulduzu aldığı çəkiyə görə tənqid edənlərin sayı kifayət qədər çox olub...


Lupus xəstəliyindən əziyyət çəkən məşhur müğənni son illər böyrək transplantasiyası əməliyyatı da keçirib.


Daha əvvəl lupus dərmanının çəkisinə necə təsir etdiyini açıqlayan Qomez:

 

“Mən ki, heç vaxt model olmayacağam"deyib. 


Məşhur müğənninin lupus xəstəliyi səbəbindən kortizol qəbulunu davam etdirdiyi, bu səbəbdən də kökəldiyi və üzünün qızardığı bildirilib.
İnsanların qəddar olmasından şikayətlənən Selena: 

 

“Yenə də hər kəsə görmək istədiyi qədər gözəllik arzu edirəm”-deyib.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək

Məşhur “WhatsApp” messencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq.   Sfera.az&nb...

Güclü zəlzələ daha bir ölkəni SİLKƏLƏDİ

Sakit okeanda Rusiyanın Kuril adaları yaxınlığında 4,4 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ...

Sabunçuda avtomobillər toqquşdu - yaralı var

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az report.az-a istinadən xəbər verir ki, Zabrat q...

Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”

“Bu gün Azərbaycanın dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Qırğızıstan Respublikasıdır. Apre...

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Aprelin 28-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirir. Respublikanın 7 şəhər və rayonunda - ...

Azərbaycanda bu məhsulun qiyməti ucuzlaşdı - VİDEO

Bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur.   Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda Tovuzda kartofun kiloqramının qiym...