Q1 kvartilli jurnallarda dərc olunan elmi işlərin sayı artıb

Q1 kvartilli jurnallarda dərc olunan elmi işlərin sayı artıb

2019-2023-cü illər arası Q1 kvartilli jurnallarda dərc olunan elmi işlərin sayı artan dinamika ilə inkişaf edib. 

 

Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

 

Məlumata görə, sözügedən illər ərzində ən yüksək artım (54%) 2023-cü ildə qeydə alınıb, Q1 kvartilli jurnallarda 712 elmi iş dərc edilib.


 
Qeyd olunub ki, 2023-cü ildə Elm və Təhsil Nazirliyi bütün elm və ali təhsil müəssisələrinə həm Scopus, həm də Web of Science elmmetrik bazalarına çıxışı təmin edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR