"Fransızlar orduda xidmət etmək istəmirlər, çünki..." - Meşkov səbəbi AÇIQLADI

"Fransada orduda xidmət etmək istəyənlərin sayı kəskin şəkildə azalıb, çünki çağırışçılar Ukraynaya göndərilməkdən qorxurlar".
Sfera.az xəbər verir ki, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov “Rossiya 24” telekanalının efirində bildirib.
Meşkov qeyd edib ki, Fransa cəmiyyəti Ukraynaya əsgər göndərilməsi ehtimalına ciddi yanaşır və bunun Üçüncü Dünya müharibəsinə doğru bir addım olacağından açıq danışır. Bunu isə Fransada heç kimin istəmədiyi bildirilir.
Səfir qeyd edib ki, Fransanın Avropa müdafiə sənayesinin potensialını artırmaq üçün müdafiə istiqrazlarının buraxılması təklifi Aİ-də həvəslə qarşılanmayıb:
"Fransa rəhbərliyinin bu fikri fransızların Ukraynaya dəstək üçün vəsaitlərinin tükənməsi ilə əlaqədardır, ona görə də onlar bu yükü NATO və Aİ müttəfiqlərinin üzərinə atmaq istəyirlər".
Əzizə