Azərbaycan və Türkmənistan sığorta sahəsində ƏLAQƏLƏR QURACAQ

Azərbaycan və Türkmənistan sığorta sahəsində ƏLAQƏLƏR QURACAQ

Azərbaycan və Türkmənistan arasında ilk dəfə sığorta sahəsində qarşılıqlı əlaqələr qurulacaq.

 

Sfera.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi məlumata görə, bu barədə ASA-nın icraçı direktoru Elmar Mirsalayevin Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ilə görüşündə bildirilib.

 

Görüşdə Azərbaycan-Türkmənistan dövlətləri arasında müxtəlif sahələr üzrə mövcud olan qarşılıqlı münasibətlərə toxunulub.

 

E. Mirsalayev səfirə sığorta sahəsində görülən işlər, nailiyyətlər və sektorun beynəlxalq əlaqələri haqda məlumat verib. İcraçı direktor ASA-nın təşəbbüsü və 5 türk respublikasının sığorta birliklərinin üzvlüyü ilə qurulan, habelə yaxın vaxtlarda Türk Dövlətləri Təşkilatının himayəsinə daxil olacaq Türk Dünyası Sığorta Birliyi haqqında da danışıb.

 

Q. Elyasov sığorta xidmətlərinin vacibliyinə toxunaraq bu istiqamətdə görülən işləri, o cümlədən Türk Dünyası Sığorta Birliyinin fəaliyyətini yüksək qiymətləndirib.

 

Görüşdə ASA ilə Türkmənistanın sığorta sektoru arasında əlaqələrin qurulması yönündə razılıq əldə olunub.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...