Azərbaycana elektrik avtomobillərinin idxalı ARTIR – RƏQƏMLƏR

Azərbaycana elektrik avtomobillərinin idxalı ARTIR – RƏQƏMLƏR

Azərbaycana elektrik avtomobillərinin (elektromobil) idxalında sürətli artım 2024-cü ildə də davam edir. 


Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xatırladır ki, 2024-cü ilin yanvar-fevral aylarında 222 ədəd elektromobil idxal olunmuşdu. Bu ilin yanvar-fevral aylarında isə idxal edilən elektromobillərin sayı 2,43 dəfə artaraq 541 ədədə çatıb. 


Qeyd edək ki, idxal olunan elektromobillər əsasən yeni (“sıfır kilometr”) və az sürülmüş avtomobillərdir. Bu avtomobillərin dəyəri yüksəkdir. 2024-cü ilə aid olan məlumata əsasən, idxal edilən bir elektromobilin orta qiyməti 42,24 min dollar olub.  


Qiymət səviyyəsinə görə elektromobillər digər avtomobillərdən daha bahadır. Elektromobillərin baha olmasına baxmayaraq, onların idxalı zamanı kiçik xərclərin olması, həmçinin sonradan bu avtomobillərdən istifadə zamanı cari xərclərin çox olmaması elektromobillərə tələbi artırır. Buna görə də proqnozlaşdırmaq olar ki, qarşıdakı aylarda da elektromobil idxalında artım davam edəcək. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

HƏMAS-ın daha bir komandiri ÖLDÜRÜLDÜ

HƏMAS-ın səhra komandiri öldürülüb.   Sfera.az bildirir ki, İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda buna nail olub. Bu barədə ordunun mətbua...

Aparıcı azyaşlı qızının ölümündən DANIŞDI: "Deyirlər uşaq qüsurlu olub, amma 3 ay əvvəl..."

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadə 2 yaşlı qızının Səbail rayonu ərazisində yerləşən "Candy Kids" adlı özəl uşaq bağçasında dünyasını dəyişməsi...

"Ali təhsilli gənclər ona görə iş tapa bilmirki..." - Ekspertdən TƏKLİF

Gənclərin əksəriyyəti ali təhsili bitirdikdən sonra kifayət qədər iş təcrübəsinə malik olmadıqlarına görə, iş tapmaqda çətinlik çəkirlər.   Bəs gənc...

Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA

Azərbaycanda havanın temperaturu iqlim normasından yuxarı olub.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  ...

Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”

“Sentyabrın 26-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş və iqtisadi inkişafa həsr olunmuş müşavirədə müzakirə edilən əsas məsələlər iqtis...

Sumqayıtda ağır YOL QƏZASI - Ölən var

Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.   Sfera.az verir ki,hadisə Sahil küçəsində qeydə alınıb.   “Ford Transit&rd...