“2001-ci il ABŞ-də, ötən həftə Rusiyada...\" - Terrora, separatizmə dəstək verən qüvvələr KİMDİR?

“2001-ci il ABŞ-də, ötən həftə Rusiyada...\

"Terrorizmin qarşısının alınmasına dünyanın gələcək taleyi konteksində yanaşmaq lazımdır. Rusiyada “Crocus City Hall”da törədilən terror aktı bu mövzunu yenidən gündəmə gətirib. Hazırda bir çox dövlətlər belə qanlı hadisələrdən sonra təşviş içərisindədirlər. Əslində hər zaman terrorizm dünya üçün dəhşətli olub".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib.

 

“Bu gün heç bir ölkə terrordan sığortalanmayıb, ancaq təəssüflə qeyd etməliyik ki, terrora, separatizmə birbaşa və yaxud dolayısı ilə dəstək verən qüvvələr var. Hazırda dünyanın xeyli hissəsi sabitlik və terror dilemması qarşısında qalıb desək yanılmarıq. Hətta bəzi qüvvələr siyasi və hegemon maraqları naminə yüzlərlə, minlərlə dinc insanın qətlinə bais olaraq bu cinayət prosesində yaxından iştirak edirlər. Acı reallıqdır ki, terrorizmə fərqli münasibət olub. Vaxtilə işğal dövründə Qarabağda və ümumilikdə Ermənistanda, həmçinin Yaxın Şərqdə mövcud olan terror şəbəkələrinə münasibətdə ABŞ ilə Rusiyanın mövqeyləri üs-üstə düşürdü. Hətta o zaman ABŞ Dağlıq Qarabağdakı separatçı rejimə yardımlar ayırırdı. Həmin vəsaitlər humanitar dəstək adı altında terrorda birbaşa rolu və iştirakı olan rejim başçılarına çatdırılırdı. Nəhayət Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində böyük terror şəbəkəsinin belini qırdı. Bu qalibiyyət yalnız tarixi torpaqlarımızın azad olunması deyil, həmçinin kök salmış dünyanın bir çox ölkələrindən dəstək alan erməni terror şəbəkəsinin belinin qırılması demək idi. Amma bu gün heç kim zəmanət verə bilməz ki, həmin şəbəkə yenidən ortalığa çıxmayacaq”.

 

Əkrəm Baydəmirli qeyd edib ki, terrora bütün vasitələrlə dəstək olan supergüclər - ABŞ və Rusiya özləri də müxtəlif zaman kəsiyində qanlı hadisələrin qurbanına çevriliblər.

 

“2001-ci il 11 sentyabrda ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərində baş verən silsilə terror aktları, ötən həftə Rusiyada “Crocus City Hall”da törədilən qanlı hadisə və digərləri bir daha sübut edir ki, heç bir ölkə terrorizmdən sığortalanmayıb. Terrorizmin və digər terrorçu qrupların da sonunu yaxınlaşdırmaq hələki real görünmür. Dünyanın belə çalxalanan vaxtında təbliğat daha innovativ üsullarla qurulmalıdır. Yalnız müəyyən dövr üçün deyil, hər zaman erməni məsələsini və ümumilikdə terrorizmi araşdıran, ermənişünaslıqla məşğul olan beyin mərkəzləri daha geniş fəaliyyət göstərməlidir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...