Putindən Moskvada baş verən terrorla bağlı YENİ AÇIQLAMA: "Biz bilirik..."

Putindən Moskvada baş verən terrorla bağlı YENİ AÇIQLAMA:

Rusiya Prezidenti Vladimir Putin Moskvada baş verən terror aktı ilə bağlı yeni açıqlama verib.

 

Sfera.az bildirir ki, ölkə başçısı hücum edənlərin təhrikçilərinin axtarıldığını qeyd edib. O, fikirlərini bu cür ifadə edib:

 

“Biz bilirik ki, tətiyi məhz radikal İslam təşkilatı çəkib. Əsas məqsədimiz təhrik edənləri üzə çıxarmaqdır. Rusiyadakı terror aktının kimə sərf etdiyinə gəlincə, 2014-cü ildən bəri bizə pislik arzulayan xarici qüvvələri asanlıqla göstərə bilərəm”.

 

Putin hücuma görə məsuliyyəti üzərinə götürən İŞID terror təşkilatının adından birbaşa istifadə etməyib.

 

“Terror hücumundan sonra ABŞ Qərb tərəfdaşları ilə birlikdə qəribə bir mövqe tutdu və dünyaya hücumun arxasında qətiyyən Ukraynanın olmadığını təlqin etməyə başladı. Radikal islamçılar isə təkcə Rusiyaya problem yaratmırlar. Üstəlik, görəsən, niyə müqəddəs Ramazan ayında bu hərəkəti ediblər? Deməli, bu terrorçuların din və əxlaqla heç bir əlaqəsi yoxdur. Görünən odur ki, onlar kiminsə əmrini yerinə yetirirlər”.

 

Terror aktından sonra tutulan 4 müttəhimin işgəncəyə məruz qalması məsələsinə dolayısı ilə toxunan Putin, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinə müraciət edərək, “Terror aktı ilə bağlı bütün araşdırmaların və təhqiqatların Rusiya qanunları çərçivəsində aparılacağını gözləyirəm”, - söyləyib. Baştrikin isə Putinin sözlərinə təsdiqləyərək "bəli" deyib və 22 mart hücumunda həyatını itirənlərin sayının 139-a yüksəldiyini vurğulayıb.

 

Rusiya lideri həmçinin, terror aktından sonra ilk çıxışından fərqli olaraq bu dəfə Ukraynanı ittiham etməyib. Lakin qeyd olunub ki, Kreml günahı Kiyevin üzərinə atmaq niyyətindən tam əl çəkməyib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu universitetlərdə təhsil haqqı ARTACAQ

Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırılması planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə modern.az-a unive...

Azərbaycanda kişi gəlinini güllələyərək öldürdü

Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllü...

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...