Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Uşaq salfetləri, yuyucu vasitələr, eləcə də dırnaq boyalarında olan OFR və QAC kimyəvi maddələri beyin strukturlarına zərər verə bilər və autizm riskini artırır.

 

Sfera.az bildirir ki, bunu ABŞ-ın Case Uestern Reserve Universiteti Tibb Fakültəsinin alimləri müəyyən ediblər. Tədqiqatın nəticələri “Nature Neurology” jurnalında dərc olunub.

 

Qeyd olunur ki, OFR gecikdirici materialların hazırlanmasında istifadə olunur. Mebel parçalarında, dırnaq boyalarında, uşaq salfetlərində, xalçalarda və elektronikada rast gəlinir. QAC mikrobları öldürmək üçün istifadə edilən bir növ kimyəvi maddədir. Onlar təmizləyici məhsullar, şampunlar, günəş kremləri və fərdi qulluq məhsulları istehsalında istifadə olunur.

 

Bu kimyəvi maddələrin beyin fəaliyyətinə necə təsir etdiyini öyrənmək üçün alimlər siçanlar üzərində təcrübə aparıblar. Gənc gəmiricilərin beyin toxuması OFR və QAC-lərə məruz qaldıqda, onların oliqodendrositləri (beyində sinirləri qoruyan strukturlar) inkişafı və fəaliyyətini dayandırıb.

 

Əlavə bir araşdırmada tədqiqatçılar 3-11 yaşlı uşaqların sidikdə OFR və QAC səviyyələrini qiymətləndiriblər. Ümumilikdə bir neçə min nümunə təhlil edilib. Məlum olub ki, ASD (autizm spektri pozğunluğu) olan uşaqların sidikdə kimyəvi OFR konsentrasiyası əhəmiyyətli dərəcədə yüksəkdir. (lent.az)


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...