Yazda vitamin çatışmazlığını aradan qaldırmaq üçün nələri yemək lazımdır? - Mütəxəssis AÇIQLADI - SİYAHI

Yazda vitamin çatışmazlığını aradan qaldırmaq üçün nələri yemək lazımdır? - Mütəxəssis AÇIQLADI - SİYAHI

"Yazda A, D, B1, E, B12, B6, B2, K vitaminlərinin çatışmazlığı müşahidə olunur. Onların hamısı sinir və immun sisteminin işləməsi üçün lazımdır". 


Sfera.az xəbər verir ki, bu fikirləri terapiya və ümumi tibbi praktika üzrə baş müstəqil mütəxəssis Oksana Drapkina bildirib.


Mütəxəssis qeyd edib ki, çatışmazlıqların qarşısını almaq üçün düzgün və müxtəlif cür qidaları qəbul etmək lazımdır. Menyuda çoxlu sayda meyvə və tərəvəz, süd məhsulları, yumurta, ət və balıq  olmalıdır.

 

Həkim izah edib ki, B qrup vitaminlərini kartof, yerkökü, taxıl məhsulları, qaraciyər və balıqdan almaq olar.

 

A vitamini balıq qaraciyərində və balıq yağında, heyvan və quş ciyərində, yumurtada, yağda, kökdə, qırmızı bibərdə, balqabaqda, pomidorda, ərikdə, şaftalıda, armudda, qırmızı və narıncı tərəvəz və meyvələrdə olur.

 

Balıq yağı və kəpəkli çörək məhsulları yemək isə D vitamini çatışmazlığını kompensasiya etməyə kömək edə bilir. D vitamini günəş işığının təsiri altında insan dərisi tərəfindən də istehsal olunur.

 

E vitamini çatışmazlığını kompensasiya etmək üçün menyuya cəfəri, buğda, kələm, bitki yağları əlavə etmək lazımdır.

 

K vitamini çatışmazlığı varsa, yarpaqlı tərəvəzlər, yulaf və itburnu yemək lazımdır.

 

Drapkina omeqa-3 yağ turşularını əldə etmək üçün yaz aylarında pəhrizdə qoz, dəniz yosunu və qırmızı balığın miqdarını artırmağı məsləhət görüb.

 

İnci
 


 


OXŞAR XƏBƏRLƏR

Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeo...

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir.   Sfera.az xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çin...

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...

Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO

"Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birinin Azərbaycanda da tətbiqi ilə bağlı danışıqlar aparılır".   Sfera.az Xəzər ...