Dünya əhalisinin ruhi sağlamlığı pisləşir - ARAŞDIRMA

“Almaniyanın məşhur AXA sığorta şirkəti hesablayıb ki, dünya əhalisinin ruhi sağlamlığı günbəgün pisləşir. Dünyanın müxtəlif coğrafi bucaqlarındakı 16 ölkədə sağlıq durumu araşdırılıb, ölkələrin əhalisinin psixatrik xəstə faizləri öyrənilib”.
Sfera.az xəbər verir ki, bu məlumatı hüquqşünas Xalid Ağalı paylaşıb.
O AXA şirkətinin hesablamalarına istinadən bildirir ki, 2023-cü ilin əvvəlində İspaniyada əhalinin 26, Türkiyədə, Meksika və İrlandiyada 30, Taylandda 26, Belçikada 23 faizinin psixatrik xəstəlikləri olub: “2024-cü ilin əvvəlində psixatrik xəstəliklərin payı İspaniyada 34 faizə, Türkiyədə 38 faizə, Meksika 36 faizə, İrlandiyada 37 faizə, Taylandda 31 faizə, Belçikada 30 faizə yüksəlib.
Əhalinin psixatrik xəstəlikəri olan hissəsi ABŞ, Almaniya, İsveçrədə sabit qalıb.
Psixatrik xəstəlikləri "qazanan" əsas kəsim 18-34 yaş arası gənc əhalidir.
Əsas problemlər depressiya, travma sonrası stress pozğunluğudur”.
Vasif