“iPhone” sahiblərinə əməliyyat sistemini yeniləmək tövsiyə edilir

“iPhone” sahiblərinə əməliyyat sistemini yeniləmək tövsiyə edilir

“Apple” yeni və köhnəlmiş “iPhone”lar üçün iOS 17.4.1 və iOS 16.7.7 əməliyyat sistemlərin üzrə yeniləmələri buraxıb. 


Sfera.az “MacRumors”a istinadən xəbər verir ki, şirkət bu yeniləmələri mümkün qədər tez etməyi məsləhət görür.


“MacRumors” bu tövsiyəni əvvəlki iOS 17.4 versiyasının uğurlu olmaması ilə əlaqələndirir. Əvvəlki versiyanı işlədən “iPhone” sahiblərinin telefonunda akkumulyatorun daha tez zəifləməsi, eləcə də mobil əlaqənin pozulması halları müşahidə edilib. 


Buraxılmış yeniləmənin ölçüsü 400 MB-dır. Telefonda iOS 17.4.1 və iOS 16.7.7 quraşdırmaq üçün “Parametrlər” → “Ümumi” → “Proqram təminatının yenilənməsi” hissəsinə keçmək lazımdır. 


“MacRumors”un məlumatına əsasən yaxın vaxtlarda yeni “iPhone” modelləri ilə yanaşı iOS 18 əməliyyat sistemi də təqdim olunacaq. Təqdimatın bu ilin sentyabrında keçirilməsi gözlənilir. İddialara görə bu, “Apple” tarixində ən böyük yeniləmə olacaq. Çünki dəyişikliklərin əksəriyyəti süni intellektə həsr olunacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Bu universitetlərdə təhsil haqqı ARTACAQ

Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırılması planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə modern.az-a unive...

Azərbaycanda kişi gəlinini güllələyərək öldürdü

Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllü...

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...