Sonsuzluq, xərçəng... - Bu qadınlar lazer epilyasiyası ETDİRMƏSİN!

Sonsuzluq, xərçəng... - Bu qadınlar lazer epilyasiyası ETDİRMƏSİN!

Ölkəmizdə eləcə də dünyada lazer epilyasiyası geniş yayılıb. 


Sfera.az xəbər verir ki, müasir dövrdə insanların öz rahatlıqları üçün asan üsullara maraqlı olması danılmaz faktdır. Bu üsullardan biri də arzuolunmaz tüklərdən uzunmüddətli azad olmaq istəyidir. Bu baxımdan lazer epilyasiyasına üz tutanlar arasında qadınlarla yanaşı kişilərin də sayı kifayət qədərdir. Lazer işığı tibbdə 50 ildən çoxdur ki, müxtəlif sahələrdə istifadə olunur. 


Lazer epilyasiyası isə bədəndəki arzuolunmaz tüklərin lazer enerjisi vasitəsilə uzunmüddətli yox edilməsidir. Lazer epilyasiyası zamanı tükün kökündə olan melanin piqmenti lazer şüasının təsiri altında qızır və tükün kökünü məhv edir. Lazer epilyasiyasının tətbiqi üsulu cihazların növlərinə bağlıdır. Lazer üsulunun getdikcə artan populyarlığı təyinatı üzrə müxtəlif cihazların icad edilməsinə səbəb olub.

 

Lazer epilyasiyasının bir sıra üstünlükləri olduğu kimi mənfi cəhətləri də mövcuddur. Hər aparatdan hər bədəndə istifadə etmək olmaz. Görülən işin keyfiyyətinə təminat verilməlidir. Bu proseduru düzgün tətbiq edən, insanların dəri tiplərini və cihazları tanıyan mütəxəssislərə üstünlük verilməlidir. Lazer epilyasiyası çox az vaxtda həyata keçirilir və bədənin həssas hissələrində də tətbiq oluna bilir. Lakin bu prosedur kəskin dəri xəstəliyi, varikoz, şəkərli diabet və ürək-damar xəstəlikləri yaradır. Xanımların ən çox narahat edən isə  lazer prosedurundan sonra sonsuzluğun yaranması və xərçəngin meydana gəlməsidir. Lakin araşdırmalar göstərir ki, kiçik şüalar sonsuzluq və xərçəng yaratmır. Amma genital bölgələrin lazer epilyası zamanı bir sıra əks göstərişlər meydana gələ bilir. Məhz bu baxımdan hamilə qadınlara, südverən analara və sistit problemi olan qadınlara lazer epilyasiyası məsləhət görülmür.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...