Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

 

Qar örtüyünün hündürlüyü Şahdağda 43 sm, Qrızda 23 sm, Ordubadda 3 sm, Gədəbəydə 2 sm olub.

 

Düşən yağıntının miqdarı Oğuz, Qəbələdə 7 mm, Qobustan, Şəki, Ordubadda 4 mm, Balakən, Zaqatala, İsmayıllı, Qusar, Göyçay, Gədəbəy, Şahdağ, Neftçala, Cəfərxan, Ceyrançöldə 3 mm, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Quba, Şamaxıda 2 mm, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Qrız, Tərtər, Lerik, Lənkəran, Astarada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

 

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyanın məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

 

Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Tərtər, Bərdə, Göyçay, Beyləqan, Şahdağ, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 7, Aran rayonlarında 8, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.


OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...