“Arka sokaklar”ın qəhrəmanı daha seriallara çəkilməyəcək
Maqazin
12:33 / 26.11.2016
981
Məşhur türkiyəli aktyor İlker İnanoğlu seriallarda rol almayacaq.
Sfera.az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə "Arka sokaklar”ın qəhrəmanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Artıq seriallarda rol almaq istəmirəm, bu məsələyə birdəfəlik nöqtə qoydum. Yaradıcılığıma mənfi təsir göstərir. Ancaq filmlərdən təklif alsam, dəyərləndirərəm” – deyə aktyor bildirib.


