\"İnfarktın geniş yayılmış əlamətlərindən biri də...\" - Həkimdən XƏBƏRDARLIQ!

\

Son illərdə infarktın yaşı gəncləşib. Əvvəllər infarkt orta yaş problemi sayılsa da, indi gənclər, hətta yeniyetmələr infarkt səbəbiylə həyatlarını itirirlər.

 

Bəs infarktın əsas əlamətləri hansılardır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan ürək-damar həkimi Elşən Rzayev bildirib ki, infarktın əsas 7 əlaməti mövcuddur.

 

"Sinədə ağrılar ən çox rast gəlinən əlamətlərdən biridir. Bu ağrılar səbəbiylə təcili tibbi yardıma müraciət edənlərin 70 faizi infarktın astanasında olur. Həmin ağrılara dözən insanlar isə həyatlarını riskə atırlar. Ağrıların müddəti 20 dəqiqəni keçirsə bu, infarktın əlamətidir. Ağrı kürəkdə başlayıb sonra sinəyə yayılırsa, bu da infarktın əlaməti sayılır. Bəzən kürək ağrısı təkbaşına infarktın xəbərçisi ola bilir. Məhz bu baxımdan kürək ağrılarına etinasız yanaşmaq düzgün deyil. Ürəyin alt hissəsində başlayan ağrılar diafraqma vasitəsilə mədəyə yayılır. Mədədə başlayan ağrını qarın ağrısı kimi hiss edirik. Bu ağrı getdikcə kəskinləşirsə, həkimə müraciət etmək vacibdir. Sol qolda başlayan qəfil ağrılar, sinədə basılmalar da müşayiət edilirsə infarktdan şübhələnmək olar".

 

Həkim qeyd edib ki, soyuq tər infarktın geniş yayılmış əlamətlərindən biridir.

 

"Ürək döyüntüsünün artması, nəfəs almaqda çətinlik də infarktın yüksək risk qrupuna daxil olan əlamətləri hesab edilir. Bu əlamətlərin birini belə hiss etdikdə mütləq şəkildə həkimə müraciət etmək lazımdır".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Hava kəskin dəyişir: temperatur aşağı enəcək

Aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.   Bu barəd...

Vüsalə bu rəqsi ilə ağılları başdan aldı - VİDEO

Teleaparıcı Vüsalə Əlizadənin görüntüsü sosial şəbəkələrdə gündəm olub.   Sfera.az xəbər verir ki, o, aparıcısı olduğu verilişində etd...

"Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama...

Müsəlman ölkəsində matəm elan edildi

İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib.   Sfera.a...

İstanbul üçün dəhşətli zəlzələ XƏBƏRDARLIĞI

Məlum olduğu kimi, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ və afterşoklar İstanbul və ətraf vilayətlərdə...

Məktəbdə ən yaxşı oxuyanlar bu 6 BÜRCDƏN olur

Çalışqan və müvəffəqiyyətli tələbələr adətən gördükləri işlərlə diqqət çəkirlər. Sürətli öyrənmə və anlama qabiliyyətinə sahib olan bu tələbələr, pratik zəka il...