\"Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində artım qeydə alınıb\" - Vüqar Bayramov

\

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. 

 

Bunu Sfera.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

 

O bildirib ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır:

 

“Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb. Uzun müddətli hesab olunan 252 günlük notlarda da oxşar artım qeydə alınmaqdadır”.

 

Vüqar Bayramovun sözlərinə görə, uçot faiz dərəcəsində azalma olmasına baxmayaraq, Mərkəzi Bankın notlarının gəlirliyində artım müşahidə olunur:

 

“Mərkəzi Bankın uçot faiz dərəcəsi isə son dəfə fevralın 1-də dəyişdirilərək 8 faizdən 7.75 faizə endirilib. Notların faiz dərəcələrində diqqəti çəkən əsas məqamlardan biri də 28 günlük notlar üzrə son faiz dərəcəsinin 168 günlük notlar ilə müqayisədə cəmi 0.05 faiz aşağı olmasıdır”.

 

Millət vəkili qeyd edib ki, bu, qısa müddətli yerləşmələrə marağın artmasına, orta müddətli notlara tələbin azalmasına səbəb ola bilər:

 

“Aydındır ki, Mərkəzi Bank orta və uzun müddətli dövrlü notlara daha çox vəsaitin cəlb edilməsində maraqlı olmalıdır. Bu, maliyyə qərarları baxımdan da vacibdir. Bu səbəbdən qısa və orta müddətli notlar üzrə faiz dərəcələri arasında fiskal mütənasibliyin tapılması çox vacibdir. Ona görə də faizlərə yenidən baxılması və zaman üzrə də optimallaşdırılmasına ehtiyac var”.

 

“Bütövlükdə, Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 1 milyard 295 milyon manatdır. Ötən ayın son günü ilə müqayisədə notların həcmi 33.16 milyon manat artıb”, - V.Bayramov əlavə edib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Bu yollarda hərəkət çətinləşib

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) isti...

Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeo...

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir.   Sfera.az xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çin...

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...