“Toplum TV” vəsaitləri necə əldə edib? - VİDEO

“Toplum TV” vəsaitləri necə əldə edib? - VİDEO

“Toplum TV”nin xaricdən cəlb olunmuş qeyri-qanuni qrant vəsaitləri hesabına fəaliyyət göstərdiyini əks etdirən yeni məlumatlar ortaya çıxıb.

 

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, məlumata görə, hazırda bu iş üzrə saxlanılan şəxslər müxtəlif beynəlxalq donor təşkilatlarının qrant layihələrindən pul əldə ediblər.

 

Bu təşkilatların arasında Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi”, “People in Need”, “Zinc Network”, “Open İnformation Partnership”, “Transitions”, “OC Media” və digərləri var.

 

Məlum olub ki, həmin təşkilatlardan ayrı-ayrı layihələr adı altında külli miqdarda qeyri-qanuni maliyyə vəsaiti cəlb olunub. Bu vəsaitlər həm xarici ölkələrdə nağdlaşdırılaraq müxtəlif yollarla ölkəyə gətirilib, həm də ölkə daxilində əsas məqsədi gizli saxlanılan bank hesabları vasitəsilə nağdlaşdırılıb.

 

Şəbəkə formasında həyata keçirilən bu proses zamanı qanunvericilik pozularaq, layihələrin heç biri Ədliyyə Nazirliyində qeydə aldırılmayıb. Layihələr üzrə verilən vəsaitlər isə hissələrə bölünərək, Azərbaycan, Gürcüstan və bəzi Avropa ölkələrindəki banklar üzərindən köçürmələr edilib.

 

Şəbəkənin qeyri-qanuni maliyyə vəsaitləri əldə etdiyini əks etdirən faktlarla təqdim olunan videoda tanış olmaq mümkündür.

 

Videoda əksini tapmış sənədlər təsdiqləyir ki, vəsait hissələrə bölünərək nağdlaşdırılıb. Şəbəkə üzvləri diqqət çəkməmək üçün bu üsula əl atıblar. Lakin məbləğləri topladıqda müxtəlif layihələr adı altında, əslində, ölkəyə qeyri-qanuni olaraq külli miqdarda vəsaitin cəlb olunduğunu görmək olar.

 

Demokratik Təşəbbüslər İnstitutunun təsisçisi rəhbəri Akif Qurbanov xarici təşkilatlardan qrantlar əldə etmək üçün müvafiq sənədlər hazırlayaraq təqdim edib. O, eyni zamanda, “III Respublika Platforması”nın təsisçisi və spikeridir. Ələsgər Məmmədlinin hüquqi təsisçisi olduğu “Toplum TV”nin redaksiyası da Demokratik Təşəbbüslər İnstitutunun ofisində fəaliyyət göstərir. Beləliklə, “Toplum TV”nin Demokratik Təşəbbüslər İnstitutu ilə koordinasiyası təmin edilib.

 

Araşdırmalardan aydın olur ki, məhz Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov 2021-ci ildən 2024-cü ilədək hər ay yuxarıda qeyd olunan təşkilatlardan pul vəsaitləri əldə edib. Əli Zeynalov bu vəsaitləri əldə etmək üçün müxtəlif xarici və yerli banklarda açdığı hesablardan yararlanıb. Əldə olunmuş vəsait isə “Toplum TV”yə, əməkdaşlara və hələlik məlum olmayan digər məqsədlərə sərf olunub.

 

Videonu təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...