Bakıda Novruz bayramı şənliyi keçirildi - FOTOREPORTAJ

Bakıda Novruz bayramı şənliyi keçirildi - FOTOREPORTAJ

Suraxanıda Novruz bayramı şənliyi keçirilib.

 

Sfera.az xəbər verir ki, ümumrayon bayram şənliyi “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda  baş tutub.


Tədbirdə rəsmi şəxslər və rayon sakinləri iştirak edib.

 

Bayram tonqalı alovlandırılıb. Şən, oynaq musiqi sədaları altında milli geyimli qızlar və oğlanlar meydanda rəqs ediblər. 

 

Bayram şənliyində tanınmış incəsənət ustaları tərəfindən xalqımızın adət-ənənələri, qədim el sənətləri və "Kosa, Keçəl və Bahar qız" tamaşası nümayiş etdirilib.

 

Fotolar: Anar Bayramlı
Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR